Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Fəaliyyətini dayandıran buraxan partiyaların sayı artır -SİYAHI

Özünü buraxan partiyaların sayı 9-a ÇATDI

     Son iki ayda Azərbaycanda fəaliyyətinə son verən partiyaların sayı 9-a çatıb.

Yenixeber.org: 1993-cü ildə təsis edilən, 1995-ci ildə dövlət qeydiyyatına alınan Azərbaycan Vahid Kommunist Partiyası fəaliyyətini dayandırıb.

İdeologiyasının əsasında marksizm-leninizm, kommunizm ideyaları dayanan partiya iki qola parçalanıb. Birinə Sayad Sayadov, digərinə Musa Tukanov sədrlik edib. Sayad Sayadovun rəhbərlik etdiyi partiya sonradan adını Azərbaycan Fəhlə Kommunist Partiyası olaraq dəyişdirib.

Sayad Sayadov 2011-ci ilin oktyabr ayının 30-da, Musa Tukanov isə 15 aprel 2019-cu ildə vəfat edib.

Bundan əvvəl Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Milli Vəhdət Partiyası (MVP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik partiyası və Azərbaycan Azad Respublikaçılar Partiyası öz hüquqi fəaliyyətlərinə xitam vermək barədə qərar qəbul ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam