Redaktor seçimi
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Günün xəbəri

Qurban Qurbanov “toxunulmaz əfsanə” adlandırıldı

       Avstriya mətbuatı uzun illərdir eyni komandanı çalışdıran məşqçilərin siyahısını tərtib edib.

Yenixeber.org: “Laola1” portalı həmin siyahıya “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun da adını daxil edib. 25 nəfərlik siyahıda Ağdam klubunun çalışdırıcısı 5-ci yerdədir. 

Avstriyalı həmkarlarımız onun haqda bunları yazıb:

“Sadəcə toxunulmaz olan əfsanələr var. Onlardan biri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdur. O, 1992-ci ilin sentyabrında Azərbaycan millisinin ilk beynəlxalq oyununda meydanda olub. 2006-cı ilə qədər milli komandada çıxış edib və indi də onun bombardiridir. 2008-ci ildən “sükanı arxasına” keçdiyi “Qarabağ”da 50 yaşlı mütəxəssis dəfələrlə sensasiyaya səbəb olub, hətta Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. 2017-ci ilin noyabrından 2018-ci ilin dekabrına kimi o, həm də Azərbaycan yığmasına rəhbərlik edib.

Siyahıda lider isə 1982-ci ildən İtaliyanın “Virtus Verona” klubunun baş məşqçisi, onun sahibi Luici Freskodur. İlk üçlüyə həmçinin Stiven Bakster (2005-ci ildən, “Krusayder”, Şimali İrlandiya) və Suet-Fai Li (2006-cı ildən “Uinq Yi” Yi, Honq Konq) daxil olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam