Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

“Avropa İttifaqı ölkələrində könüllülük imkanları” mövzusunda seminar keçirilib -FOTOLAR

 Martın 30-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) Karyera mərkəzinin təşkilatçılığı ilə Avropa Həmrəylik Korpusu könüllülük proqramının iştirakçısı, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Corc Vaşinqton Universitetinin “Təhsil və insan inkişafı” ixtisasının magistr tələbəsi Nigar Altayzadənin təqdimatında “Avropa İttifaqı ölkələrində könüllülük imkanları” mövzusunda seminar keçirilib.
Yenixeber.org: Nigar Altayzadə xaricdə beynəlxalq təcrübə qazanmağın üstünlüklərindən və İdman Akademiyasının tələbələri üçün mövcud imkanlardan danışıb. O qeyd edib ki, bu proqram özünü kəşf etmək, nə istədiyini dəqiqləşdirmək və ya yeni məqsədlər təyin etmək üçün əla fürsətdir.
Bundan başqa, qonaq beynəlxalq könüllülük layihələrini tapmağın yolları, müraciət qaydaları və lazım olan sənədlər barədə də şəxsi təcrübəsini iştirakçılarla bölüşüb.
Tədbirin sonunda Nigar Altayzadə proqramla bağlı gəncləri maraqlandıran sualları cavablandırıb.

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam