Bayden Belarusa nüvə silahı yerləşdirilməsindən narahatdır
ABŞ prezidenti Co Bayden rəsmi Moskvanın Belarusda nüvə silahı yerləşdirmək niyyətindən narahatdır.
Yenixeber.org: O, jurnalistlərlə söhbəti zamanı bu barədə danışıb.
"Mən helikopterdə olarkən heç nə baş vermədisə, onlar hələ bunu etməyiblər. Təbii ki, mən bundan narahatam", - Bayden deyib.
O, həmçinin Rusiyanın nüvə ritorikasının təhlükələri ilə bağlı mövqeyini təkrarlayıb.
"Son bir il ərzində mən sizinlə nə haqqında danışıram? Bu, təhlükəli və narahatedici məsələdir", - ABŞ prezidenti vurğulayıb.