Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Həkimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı sistem yenilənib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yenilənmiş "e-Tabib" mobil tətbiqi təqdim olunub.

Yenixeber.org: Agentliyin İT və innovasiya şöbəsinin müdiri Nicat Kərimov bildirib ki, proqrama yeniliklər əlavə edilib.

O söyləyib ki, əvvəlki versiyada tətbiq yalnız koronavirus infeksiyası ilə bağlı funksiyalardan ibarət idi: "Vətəndaşlar proqrama müraciət etdikdə həkimin müəyyən etdiyi diaqnozları və tibb müəssisəsinin göstərdiyi xidmətləri görə biləcəklər. Eyni zamanda vətəndaşlar tibb müəssisəsinə edilən müraciətləri proqram vasitəsilə qiymətləndirə də biləcəklər".

N.Kərimov deyib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB tərəfindən həmin nəticələr əsasında tibb müəssisəsi və işçilər qiymətləndiriləcək: "Məqsəd eloktron tibbi xidmətlərin əlçatanlığını təmin etmək və keyfiyyətin artırılmasıdır. Vətəndaş həmçinin laborator müayinələrin nəticələrini həmin proqramdan öyrənə biləcəklər".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam