Bu generallar cəbhədəki vəziyyəti müzakirə etdi
Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Millli ilə telefon danışığı aparıb.
Yenixeber.org: Bu barədə Zalujni özünün teleqram kanalında məlumat yayıb.
Telefon danışığı zamanı cəbhədəki vəziyyət, Ukraynanın ehtiyacları, döyüş sursatı və texnikanın tədarükü məsələləri müzakirə olunub.
"Biz dialoqu və birgə işi davam etdirmək barədə razılığa gəldik", - Zalujnı əlavə edib. General Ukraynanı dəstəklədiklərinə görə ABŞ prezidenti Co Baydenə, generala və bütün Amerika xalqına təşəkkür edib.