Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Dumanlı hava şəraiti martın 12-dək fasilələrlə davam edəcək

 

Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur. Dumalı hava şəraiti martın 12-dək fasilələrlə davam edəcək.

Yenixeber.org: Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev bildirib ki, duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir.

“Gecə saatlarında buludsuz və az sürətli cənub-şərq küləkləri yer səthində əks şüalanma nəticəsində havanın effektiv soyumasına səbəb olub. Bunun nəticəsində yerüstü hava qatında duman əmələ gəlib".

R.Verdiyev qeyd edib ki, Şabran, Sabirabad, Salyan, Cəfərxan, Neftçala, Biləsuvar, Bakı, Sumqayıt, Maştağa, Binə, Neft Daşları, Pirallahı, Çilov adasında duman müşahidə olunur və dumanda görünüş məsafəsi 50-200 metrədək məhdudlaşır.

"Dumalı hava şəraiti martın 12-dək fasilələrlə davam edəcək".

Rafiq Verdiyevin sözlərinə görə, mart ayı üçün xarakterik olmayan yüksək temperatur rejimi fonunda temperatur martın 10-da iqlim normasından 4 dərəcə yüksək olub. Bakıda və Abşeron yarımadasında isə maksimal temperatur 14 dərəcə qeydə alınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam