Redaktor seçimi
Heydərovların “London macərası” başa çatdı – 
Eldar Əzizovu Elşən Salahov əvəzləyəcək(?)! –
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Günün xəbəri

İsrailin qırıcı təyyarələrinin İrana hücumu zamanı Azərbaycan ərazisindən istifadəsinə icazə verilməyəcək -RƏSMİ

Azərbaycanın İsrailə təyin olunmuş ilk səfiri Muxtar Məmmədov “The Jerusalem Post” qəzetinə açıqlamasında deyib ki, İsrailin qırıcı təyyarələrinin İrana hücumu zamanı Azərbaycandan yanacaqdoldurma bazası kimi istifadəsinə icazə verilməyəcək.
Yenixeber.org: Səfir deyib: “Azərbaycan əvvəldən bəyan edib ki, başqa ölkələrin daxili işlərinə qarışmayacaq və öz ərazisinin başqa dövlətlərə qarşı istifadəsinə imkan verməyəcək”.
“The Jerusalem Post” "Siz bunun əksini iddia edən xarici media xəbərlərinin yalan olduğunu deyirsiz?" sualına cənab Məmmədov “hə” deyib...
Qeyd edək ki, İsrail İranın nüvə obyektlərini bombalamaq üçün ABŞ-la intensiv danışqlar aparır və İranın bombalanması hər an mümkündür...
İsrailin Baş naziri Benyamin Netanyahu deyib ki, İranı durdurmasaq dəhşətli nüvə müharibəsi qaçılmaz olacaq...
Bu arada isə Qərb mənbələri bildirir ki, Ukrayna müharibəsində istifadə üçün Rusiyaya dronlar verən İran Rusiyadan qırıcı təyyarələr almaqla bağlı razılığa gəlib. Hətta Rusiyanın İranın nüvə texnologiyasına yardım edə biləcəyi iddiası da ortaya atılıb...
Mənim bildiyim odur ki, İran-İsrail savaşında Azərbaycan mümkün qədər kənarda qalmalıdır. İsrailin arxasında ABŞ boyda dağ dayanıb. Azərbaycanın isə problemi başından aşır. Ona əlavə problem lazım deyil...

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam