Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Latviyanın keçmiş prezidenti:“Azərbaycan Ukraynada gördüklərimizdən sığortalanıb”

 

“Şadam ki, Azərbaycan Ukraynada gördüklərimizdən sığortalanıb”.

Yenixeber.org: Bunu Latviyanın keçmiş prezidenti, Nizami Gəncəvi Belyəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda keçirilən X Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

O xatırladıb ki, Azərbaycan əhalisinin böyük hissəsi müsəlmandır:

“Burada dini azadlıq prinsip kimi tədbiq edilir. Azərbaycanda qadın hüquqlarına hörmətlə yanaşılır. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinizlə bağlı sizi təbik edirəm. Vacib məsələ odur ki, müxtəlif səviyyələrdə mövqe sərgilənməli, dialoqlar aparılmalıdır. Çünki siz dialoqu başlatdıqda, hər tərəf buna maraqlı olmalıdır”.

O qeyd edib ki, dialoqu məhz bütün başa düşən tərəflərlə aparmaq lazımdır:

“Bu gün hər hansı ölkənin vətəndaşlarına qarşı hücumlar edilirsə, insanlar tələf olursa - Ukraynadakı kimi - bu, qəbul edilməzdir. Heç bir tərəfin digər ölkəyə dağıntlılar gətirmək, insanları məhv etmək, silahı işə salmaq hüququ yoxdur. Şadam ki, Azərbaycan Ukraynada gördüklərimizdən sığortalanıb. Hamımız buna çalışmalıyıq. Kiçik ölkə olaraq NATO-ya üzv olduq ki, böyük qonşu dövlətlərə qarşı öz müdafiəmizi təmin edə bilək. Mən sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Əminəm ki, forumun növbəti günlərində də maraqlı fikir mübadiləsi apara biləcəksiniz. Həyatda qalmaq istəyiriksə, birgə çalışmalıyıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam