Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Bakıda əsirlikdə olan mayor həbs edildi –Ermənistan MTX


Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycanın xeyrinə casusluq edən mayor rütbəli hərbçinin saxlanıldığını açıqlayıb.
Yenixeber.org: Açıqlanan rəsmi məlumatda saxlanılan zabitin 2021-ci ilin iyul ayında “Qara göl” adlanan ərazidə əsir düşüdüyü bildirilir.

Məlumatda qeyd olunur ki, Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin maddi-texniki təminat üzrə komandir müavini, mayor hərbi rütbəli A.N. pis hava şəraitində “Qara göl” adlanan ərazidə daha bir hərbi qulluqçu A.T. ilə birlikdə “Ural” markalı avtomobillə düşmənin nəzarətində olan əraziyə daxil olub və əsir götürülərək Bakıya aparılıb.
Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsi tərəfindən aparılan ibtidai istintaqla müəyyən edilib ki, A.N 2021-ci il sentyabrın 7-dək Bakı şəhərinin cəzaçəkmə müəssisələrindən birində əsirlikdə olarkən xarici ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlığa dair yazılı müqavilə imzalayıb:
"Həmin il sentyabrın 7-də A.N Ermənistana qayıdıb və 2021-ci ilin dekabrında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə kommunal əməliyyat xidmətinin rəisi təyin edilib.
İşlədiyi müddətdə xarici xüsusi xidmət orqanları tərəfindən cəlb edilmiş A.N. dövlət sirrini xarici xüsusi xidmət orqanlarının nümayəndəsinə təhvil verərək, bununla da Ermənistanın ərazi bütövlüyü və xarici təhlükəsizliyinə xələl gətirərək dövlətə xəyanət edib".
Bildirilir ki, erməni zabit qarşı tərəfdən 20 min 200 ABŞ dolları məbləğində pul alıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam