Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

İranda qızları zəhərləyənlər edam olunacaq

İranda qızları zəhərləyənlər edam olunacaq   
İranın Ədliyyə naziri Qulamhüseyin Muhsin Ejei qız şagirdlərin təhsil aldığı məktəblərdə baş verən zəhərlənmə hadisələri ilə bağlı əlaqəsi olan şəxslərin edamla mühakimə ediləcəyini bildirib.
Yenixeber.org: Ejei “Bu, yer üzündə fitnə-fəsad törətmək cinayətlərindən biridir. Günahkarlar müəyyən edilib tutulduqda şübhəsiz ki, mühakimə olunacaqlar”.
İran rəsmisi cinayətkarların və onların işbirlikçilərinin edam olunacağını dilə gətirib. İran Cinayət Məcəlləsinin 286-cı maddəsinə əsasən, “yer üzündə fitnə-fəsad törətmək” cinayətini törədənlər ölüm cəzası ilə mühakimə olunur.
İran lideri Əli Xamneyi bu gün verdiyi açıqlamada zəhərlənmə hadisələri ilə bağlı hakimiyyət orqanlarına "ciddi tədbir görülməsini və günahkarların ən ağır cəza ilə cəzalandırılmasını" tapşırıb.
İranda 2022-ci il noyabrın 30-dan etibarən məktəblərdə kütləvi zəhərlənmə halları diqqət çəkir. Şagirdlərdə tənəffüs çətinliyi, ürəkbulanma, baş ağrısı və ətraflarda uyuşma kimi simptomlar müşahidə olunur.
Rejim əleyhdarlarının iddialarına görə, İran administrasiyası daxilində Məhsa Əmini nümayişlərinin qisasını almaq istəyən bəzi radikal qruplar var.
Tehran administrasiyasına yaxın mənbələr isə hadisənin arxasında xalqı administrasiyaya qarşı qızışdırmaq məqsədi daşıyan rejim əleyhdarı ünsürlərin dayandığını iddia edir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam