Yenixeber.org: Bunu Azərbaycan Psixologiya Akademiyasının psixoloqu Səbinə Cəbrayılova deyib.
Onun sözlərinə görə, Azərbaycan könüllüləri Türkiyədə hər bir yardıma hazırdır:
"Prezident İlham Əliyevin tapşırığına əsasən, fevralın 10-da qardaş ölkənin Kahramanmaraş şəhərinə könüllü olaraq gəlmişik. Könüllülərimiz Türkiyədə humanitar yarımların göstərilməsində əllərindən gələni əsirgəmirlər. Könüllülərimizin bu fəaliyyətinə İkinci Qarabağ müharibəsində də şahid olduq. Bunu da həmin fəaliyyətin davamı olaraq qeyd etmək olar. Gənclərimizin bu fəaliyyəti, əzmkarlığı özlərinə borc bilirlər. Türkiyə xalqı bilsin ki, biz həmişə onların yanındayıq. Qardaş ölkə ilə çiyin-çiyinə, yan-yana bu çətin günlərin öhdəsindən birlikdə gələcəyik. Türk qardaşlarımızın bu çətin günləri bitənə qədər hər bir könüllü onların yanında olacaq".
S.Cəbrayılova bildirib ki, azərbaycanlı könüllülər çox böyük həvəslə, qürurla ölkəmizi təmsil edərək zəlzələdən zərərçəkənlərə dəstək olurlar:
"Mən bir psixoloq olaraq Kahramanmaraşa könüllü gəlmişəm. Burada uşaqlar üçün çadırlar qurmuşuq. Zəlzələnin təsirinə məruz qalan insanlara yardım edir, uşaqlara psixoloji xidmət göstərir, qrup oyunları keçiririk. Çalışırıq ki, təbii fəlakət zamanı uşaqların keçirdiyi sarsıntıları, aldıqları travmaları minimuma endirək. Əlimizdən nə gəlirsə, əsirgəmirik. Həmçinin böyük insanlarla da psixoloji söhbətlər aparırıq. Onların psixoloji gərginliyini azaltmaq üçün söhbətlər edirik. Hər zaman Türkiyənin yanında olacağıq".
O qeyd edib ki, Azərbaycan Psixologiya Akademiyası Türkiyədə baş verən dağıdıcı zəlzələdən zərərçəkənlərə ödənişsiz terapiyaların keçirilməsinə başlayıb.
S.Cəbrayılova vurğulayıb ki, bunu özlərinə borc bilirlər: “Düşünürük ki, zəlzələni yaşamış insanların psixoloji xidmətə ehtiyacları var. Dövlətimiz bu məsələdə lazım olan hər bir addımı atır. Biz də bu işdə öz imkanlarımızı təklif edirik. Zəlzələdən zərərçəkən insanlarımıza Akademiyanın peşəkar psixoloqları xidmət göstərəcək.
Bu həssas vaxtda Azərbaycan Psixologiya Akademiyası öz peşəkar komandası ilə insanlarımızın xidmətindədir”.
Psixoloq bildirib ki, zəlzələ bölgəsində insanların psixoloji durumu çox gərgindir: "Bu da gözləniləndir. Yaxınlarını itirən insanlar dərdini danışmağa ehtiyac duyur. İnsanların evləri dağıldığına görə, məscidlərdə, çadırlarda qalırlar. Bu da onların psixoloji durumunu daha da gərginləşdirir. Öyrəşdikləri mühit bir anda yerlə yeksan olub. Yardımlar gəlir. Yemək-içmələrində problem yoxdur. Səlahiyyətli şəxslər binalara baxış keçirəcək, icazə verilənlərə vətəndaşlar girə biləcəklər".
S.Cəbrayılova söyləyib ki, hazırda insanlar ən çox infeksiya və xəstəlikdən qorunmağa çalışırlar: "Tualet ümumidir, məscidinkindən istifadə edilir. Bu baxımdan vəziyyət yaxşı deyil. Ümumilikdə insanların vəziyyəti gərgindir. Yaxınlarını, əzizlərini itirdikləri üçün emosionaldırlar. Bütün bunlara baxmayaraq, insanlar çətinliklərin qarşısında mətanətlərini, dəyanətlərini itirmirlər. Qardaşlarımız əmindirlər ki, Azərbaycan və Türkiyə əl-ələ, çiyin-çiyinə verib bu çətinliyin öhdəsindən də gələcəklər".
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 4 700-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Son məlumatlara görə, zəlzələ nəticəsində Türkiyədə 38 044 nəfər dünyasını dəyişib.
Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.