Türkiyə səfirindən həlak olan tələbələrlə bağlı paylaşım

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Malatya şəhərində baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələrlə bağlı başsağlığı verib.
Yenixeber.org: Səfir bununla bağlı öz tvitter hesabında paylaşım edib:
“Ölkəmizdəki zəlzələdə həlak olan azərbaycanlı tələbələrə Allahdan rəhmət, ailələrinə və sevənlərinə səbir diləyirik”.
Xatırladaq ki, Malatya şəhərindəki İnönü Universitetinin tələbələri - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin meyitləri uzunmüddətli axtarışdan sonra dünən tapılıb.
Qeyd edək ki, fevralın 6-da episentri Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık və Elbistan rayonları olan 7,7 və 7,6 maqnitudalı iki zəlzələ olub. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntılara və on minlərlə itkiyə səbəb olub.










AZ
RU