Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Sosial-iqtisadi inkişafın İsmayıllı nümunəsi--De-fakto - FOTOLAR

Sosial-iqtisadi inkişafın İsmayıllı nümunəsi-

 

Bu rayonda yüksəlişə yol insana qayğıdan keçir

 

Yenixeber.org: İsmayıllı təbii, coğrafi özəllikləri daxil respublikamızın seçilən, daim diqqət mərkəzində olan rayonlarındandır. Təbii resurslarından qaynaqlanan iqtisadi potensialı və təbiəti kimi insanlarının da saflığı, həmişə hqdan yana olması İsmayıllının seçilib-sevilməsini stimullaşdıran faktorlardandır. (İnsanlarının haqsızlıqla barışmazlığını təsdiqləyəcək faktla bizi heç də uzun zaman kəsiyi ayırmır. Red.)

Təəssüf ki, bəzi media resursları İsmayıllı reallıqlarına anlaşılması çətin olan prizmalardan yanaşırlar. Xüsusi ilə son vaxtlar bu rayonda “dözülməs şərait”in hökm sürməsindən bəhs edən, rayon rəhbərliyinin ünvanına yönəlik qərəz qoxulu yazılar media səhifələrində yer alır. Həmkarlarımıza hansısa məsləhət verməkdən də, İsmayıllının problemlərdən xali olmasını iddia etməkdən də uzağıq. Zatən, normalda problemləri, cəmiyyəti narahat edən səbəbləri ictimailəşdirmək medianın başlıca funksiyasıdır. Amma,... nə qədər şablon da olsa, “Düzü-düz, əyrini-əyri”...

                                          Rəhbər elm xadimi olanda

İsmayıllı rayon icra hakimiyyətinin hazırkı başçısı Mirdaməd Sadıqovun elmi idarəetmədə, təhsil təşkilatçılığında öz sözünü deməsi sirr deyil. Bundan əvvəlki vəzifəsi universitet rektoru idi. 23 yanvar 2013-cü ildə İsmayıllı hadisələri baş verdikdən sonra ölkə rəhbəri Mirdaməd Sadıqovu elmi idarəetmədən inzibati idarəetməyə dəyişdi – 14 fevral 2017-ci il tarixdə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı təyin olunması barədə Sərəncam verdi. Bu sərəncam ismayıllılar tərəfindən məmnunluqla qarşılandı. Sonrakı nəticələr də bu ilkin həqiqəti təsdiq etdi.

Bu gün rayonun sosial-iqtisadi inkişafından, hər il yeniləşdirilərək qarşıya qoyulan vəzifələrin icrasından danışdıqda ilk olaraq onu qeyd etməliyik ki, idarəetmənin təkmilləşdirilməsi, qanunlar üzərində qurulması, hər bir layihədə əhalinin maraqlarının nəzərə alınması, hər bir sakinə ədalətli yanaşma, sahələrin elmi metodlarla idarə olunması yüksəlişin əsasını təşkil edir. Bu məsuliyyətli yanaşmanın başlanğıcını rayon icra hakimiyyətindən götürməsi də təsadüf deyil...

İsmayıllıda hər bir layihənin əsasında insanların maraqlarının əsas götürülməsini isbatlayan bir fakt: Süni maneələr aradan götürüldüyü üçün hər il əhali tərəfindən əvvəlki ilə nisbətən 10 min kvadrat metrlərlə artıq mənzil tikilir.

Velosiped istehsalı zavodunun açılışı zamanı ictimaiyyət nümayəndələri ilə görüşündə ölkə başçısı demişdir: “İsmayıllı rayonunun inkişafı da məni sevindirir. Mən Prezident kimi İsmayıllı rayonunda dəfələrlə olmuşam, ümumiyyətlə prezidentlik dövründə bu mənim beşinci səfərimdir. Şadam ki, İsmayıllı sürətli inkişaf dövrünü yaşayır”.

 

                                       İqtisadi göstəricilər 

 

 

Sosial-iqtisadi inkişafın İsmayıllı nümunəsi-

 

 

 

 

2017- ci ildə rayonda ümumi məhsul buraxılışı faktiki qiymətlərlə 239 milyon 264 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 63 milyon 946 min manat çoxdur. Kənd təsərrüfatında 15,5 faiz, sənayedə 49 faiz, tikinti-quraşdırma işlərində 2,1 dəfə, nəqliyyatda 3,5 faiz, informasiya və rabitədə 10 faiz, ticarətdə 20,6 faiz artım əldə olunmuşdur.

Əsas kapitala investisiya qoyuluşu 85 milyon 960 min manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 2,3 dəfə çoxdur. 23 milyon 897 min manat dəyərində əsas fondlar istifadəyə verilmişdir.

Hesabat ilində əhaliyə göstərilən pərakəndə əmtəə dövriyyəsi 16,2 faiz yüksələrək 186 milyon 91 min manata çatmış, keçən ilin eyni dövrünə nisbətən 25 milyon 999 min manat artmışdır. Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri əvvəlki illə müqayisədə 2 milyon 860 min manat artaraq, 26 milyon 800 min manat təşkil etmişdir.

Rayon büdcəsinin gəlirlər hissəsi 6 milyon 748 min manata qarşı 6 milyon 763 min manat icra olunmuşdur.

2017-ci ildə Dövlət Sosial Müdafiə Fondu İsmayıllı Rayon Şöbəsi tərəfindən əmək pensiyalarının ödənilməsinə 28 milyon 521 min manat və məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə 722,5 min manat vəsait xərclənmişdir ki, bundan 18 milyon 997 min manat Respublika Fondundan köçürülmüşdür.

Məcburi dövlət sosial-sığorta haqlarının toplanması üzrə 10 milyon 917 min manat proqnoz tapşırığa qarşı 10 milyon 959 min manat və ya 100,4 faiz icra edilmişdir. .

İl ərzində aztəminatlı ailələrə 884,5 min manat ünvanlı sosial yardım verilmiş, hər ailəyə düşən orta aylıq məbləğ 142 manat 43 qəpik, adambaşına düşən aylıq məbləğ isə 31manat 33 qəpik olmuşdur.

 

Bundan əlavə Məşğulluq, Elektrik və qaz təminatı, İçməli su təminatı, Yol nəqliyyat xidməti, Şəhərin təmizliyi, Çoxmənzilli binalarda xidmət, Rabitə xidməti, Poçt xidməti, Kənd təsərrüfatı, Ekologiya və meşə təsərrüfatı, Təhsil sahəsi, Səhiyyə xidməti, Peşə və orta ixtisas təhsili və digər sahələrdə də statistik yazılmasına ehtiyac olmayan yeniliklər, inkişaf var.

                                          Mədəniyyət və turizm xidməti

Mədəniyyət və Turizmdən danışanda ilk yada düşən rayonlardan biri də İsmayıllı olur. Regional Mədəniyyət və Turizm İdarəsinin tabeçiliyində 27 klub-müəssisə, 46 kitabxana,1 uşaq incəsənət məktəbi, Lahıc və Basqal Tarix Diyarşünaslıq Muzeyləri, Heydər Əliyev Mərkəzi,İsmayıllı Dövlət Rəsm Qalereyası, İsmayıllı Turizm İnformasiya Mərkəzi fəaliyyət göstərir. Hər ötən ildə mədəni-kütləvi tədbirlər keçirilimiş, dövlət bayramları, tarixi günlər qeyd olunmuşdur. Heydər Əliyev adına Rayon Mədəniyyət Mərkəzində “Xalq teatrı” yaradılmış, tamaşalar təşkil edilmişdir.

Rayon ərazisində 36 istirahət mərkəzində 1611-dən çox yataq yeri vardır. Rayona gələn turistlərin sayı 2017-ci ildə 104760 nəfər olmuşdur. Xarici turistlərin sayı 14225 nəfər olmuşdur.

Rayon uşaq incəsənət məktəbi, kənd klubları, kitabxanalar, mədəniyyət mərkəzləri üçün yeni və müasir tipli binaların tikilməsi vacibdir.

***

2018-ci ildə İsmayıllı rayonu üzrə icrası davam etdiriləcək və yeni start veriləcək layihələr müəyyənləşdirilmiş, konkret inkişaf planı hazırlanmışdır. İqtisadiyyatın müxtəlif istiqamətləri, turizm, kənd təsərrüftaı və s. sahələrdə konkret hədəflər müəyyənləşdirilib. Rayon sakinlərinin sosial durumunun daha da yaxşılaşdılması isə şübhəsiz ki, başlıca prioritetdir.

Budur, İsmayıllı rayonunun reallıqları. Daha doğrusu bizim yazıb da, sevgili oxucularımıza çatdıra biləcəyimiz İsmayıllı həqiqətləri.


Sosial-iqtisadi inkişafın İsmayıllı nümunəsi-
Sosial-iqtisadi inkişafın İsmayıllı nümunəsi-
Sosial-iqtisadi inkişafın İsmayıllı nümunəsi-
Sosial-iqtisadi inkişafın İsmayıllı nümunəsi-
Sosial-iqtisadi inkişafın İsmayıllı nümunəsi-

Sosial-iqtisadi inkişafın İsmayıllı nümunəsi-
Sosial-iqtisadi inkişafın İsmayıllı nümunəsi-


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam