Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Əmək pensiyalarının nə qədər artdığı MƏLUM OLDU

 

Bütün növ əmək pensiyalarında 14.7% artım olacaq.

Yenixeber.org: Bu barədə Dövlət Statistika Komitəsi bu gün açıqladığı 2022-ci ildə orta aylıq əmək haqqında artım faizinin statistikasında bildirib.

Bununla da ölkə Prezidentinin sərəncamından sonra pensiyalardakı artım reallaşacaq. Qanunvericiliyə edilən dəyişikliklərdən sonra bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiyalarında artım hesablanacaq.

Vahid indeksasiya sistemi bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əmək haqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur. 

Yeni indeksə uyğun olaraq artım 46,55 manat təşkil edəcək, yəni 316.7 manat x 14.7 faiz = 46.55 manat.  

Qeyd edək ki, pensiya artımları yanvarın 1-dən hesablanır, bununla bərabər ikinci artımlar fevral ayında ikisi birlikdə ödənilir. 

Sual oluna bilər ki, gələn ay pensiyaçılara nə qədər vəsait ödəniləcək?

Qərara əsasən, 300 manat pensiya alan vətəndaş mart ayından etibarən 363.25 manat alacaq. Hesablama təxminən belə aparılır: 300 manat + 16.7 manat + 46.55 manat (yeni indeksasiya artımı üzrə). Fevral ayındakı ödəniş isə 409.8 manat təşkil edəcək ki, bu da artımın yanvar ayından hesablandığına görədir.

Bu ay üzrə hesablama belə olacaq: 316.7 manat + 46.55 manat (yanvar üzrə indeksasiya artımı) + 46.55 manat (fevral üzrə indeksasiya artımı) = 409.8 manat. 

Qeyd edək ki, artım hər ay ödəniləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam