Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Makron Vladimir Putinin Fransanın “Fəxri Legion” ordeninin geri alınacağını istisna etməyib

 

Rusiya Prezidenti Vladimir Putin Fransanın “Fəxri Legion” ordeninin “Böyük Xaç Cəngavəri” titulundan məhrum edilə bilər.

Yenixeber.org: Bu barədə məlumatı fevralın 10-da “France Presse” agentliyi yayıb.

Fransa Prezidenti Emmanuel Makron V.Putinin ordeninin geri alınacağını istisna etməyib.

Dövlət başçısı Brüsseldə jurnalistlərin suallarını cavablandırarkən deyib ki, V.Putinin ordendən məhrum etmək simvolik olsa da, vacib məsələdir. E.Makron hələ belə qərar vermədiyini qeyd edərək, bunun üçün daha doğru zamanı tapmağın vacibliyinin də vurğulayıb.

E.Makron Ukrayna Prezidenti Volodimir Zelenskini də “Fəxri Legion” ordeni ilə təltif etdiyini söyləyib.

Ukrayna liderinin mükafata layiqə görülməsi fonunda E.Makrona Rusiya Prezidentini müvafiq ordendən məhrum edilməsi yenidən gündəmə gəlib.

Qeyd edək ki, V.Putin bu mükafata 2006-cı ildə Rusiya və Fransa arasında münasibətlərin hərtərəfli infişafına görə layiq görülüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam