Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Ukraynanın itkiləri -257 MİN: PENTAQONDAN SIZMA

  Bu məxfi məlumatları Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Zalujnı Vaşinqtona səfəri zamanı Ukrayna hakimiyyətinin amerikalı kuratorlarına açıqlayıb.

“Yenixeber.org”  md.tsargrad.tv-yə istinadən məlumat verir ki, hərbi əməliyyatlar başlayandan 2022-ci il fevralın 24-də Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinin itkiləri 257 min nəfər təşkil edib.

Bunu hərbi ekspert, ABŞ Müdafiə Nazirliyinin keçmiş baş məsləhətçisi Duqlas Makqreqor videohostinq saytlarından birinin məşhur kanalında deyib.

O qeyd edib ki, Kiyev rejiminin silahlı birləşmələrinin baş komandanı Valeri Zalujnı ABŞ-a gələrkən itkilər barədə amerikalı kuratorlarına məxfi formatda məlumat verib.

Ukrayna nümayəndəsi ABŞ-a səfər edərkən, ABŞ Müdafiə Nazirliyinin rəhbəri Lloyd Ostin və birləşmiş qərargahın rəhbəri general Milley ilə danışıqlar zamanı o, Ukraynanın hərbi əməliyyatların başlanmasından bəri 257 min insan itirdiyini bildirib.

Makqreqor həmçinin Ukraynada səfərbərlik resurslarının kritik vəziyyətini bəyan edib ki, bu da Kiyevin fors-major tədbirlər görməsi zərurəti yaradır –  yeniyetmələr və əlillərə çağırış vərəqələrinin verilməsi buna sübutdur.

Eyni zamanda, Makqreqor Rusiya hərbçilərinin hazırlıq səviyyəsini və verilən tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə yanaşmasını yüksək qiymətləndirib.

Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Ukraynada xüsusi əməliyyatın başlandığını elan edib, onun sözlərinə görə, bu, Donbass sakinlərinin müdafiəsi zərurəti ilə bağlı olub. O qeyd edib ki, Rusiyanın başqa seçimi yoxdur.

 

Tərcümə etdi: Səadət Sultan


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam