Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Alman siyasətçisi Rusiya ilə əməkdaşlığı zəruri hesab edir

 Martin Şirdevan əlavə edib ki, Almaniya hökumətində bu işə ciddi yanaşan birini görmək istərdim.

 “Yenixeber.org”  TASS-a istinadən məlumat verir ki, Almaniya Sol Partiyasının həmsədri Martin Şirdevan hesab edir ki, davamlı sülhü təmin etmək üçün Rusiya ilə qarşılıqlı əlaqənin yolunu tapmaq lazımdır.

Bazar günü nəşr olunan Der Spiegel-ə verdiyi müsahibədə o, deyib: “Əgər biz sabit dünya istəyiriksə, Rusiya ilə qarşılıqlı əlaqə qurmağın bir yolunu tapmalıyıq”. Siyasətçi əlavə edib ki, Almaniya hökumətində bu işə ciddi yanaşacaq birini görmək istərdim.

Eyni zamanda o qeyd edib ki, Avropa İttifaqı həm Rusiyadan, həm də ABŞ-dan müstəqil olmalıdır. Lakin onun sözlərinə görə, Ukrayna münaqişəsindən sonra da Rusiya Avropanın bir hissəsi olaraq qalacaq.

“Ona görə də siz müharibədən sonrakı nizam haqqında düşünməlisiniz” - deyən siyasətçi, indi bunu etməyin çətin olduğunu bildirib.

 “Biz həmçinin NATO-dan kənarda təhlükəsizliyi müəyyən etməliyik. Aİ-nin ən böyük iqtisadiyyatı olan Almaniya təcili olaraq avropalı tərəfdaşları ilə Avropanın təhlükəsizliyini təkbaşına necə təmin edəcəyini müzakirə etməlidir”, - deyə, Şirdevan sözünü yekunlaşdırıb.

 

Tərcümə etdi: Səadət Sultan


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam