Redaktor seçimi
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
Günün xəbəri

“LAVROV İKİ AFRİKA ÖLKƏSİNƏ DÜŞƏ BİLMƏYİB...” –“Bu, Rusiyaya siqnaldır”

Yenixeber.org: Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba “BBC”-yə son açıqlamasında Lavrovun səfərinin bəzi detallarına aydınlıq gətirib və bildirib ki, onun rusiyalı “həmkarı” Afrikada xoşagəlməz sürprizlərlə qarşılaşıb: “Bu turnedə Lavrov iki gözlənilməz məyusluq yaşayıb – iki ölkəyə düşə bilməyib. Bu, mənim yaddaşımda ilk belə haldır”. Kuleba həmin ölkələrin adlarını çəkməsə də, Rusiya mətbuatında Lavrovun Botsvanaya səfərinin baş tutmadığı barədə məlumat yayılıb. Digər ölkənin isə ya Qana, ya da Mavritaniya olduğu ehtimal edilir. Belə ki, bu ölkələr öz ərazilərində Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin fəallığından narazılıqlarını bildiriblər.

Buna baxmayaraq, Lavrovun Mavritaniyaya gedəcəyi ehtimal olunur. Lakin yerli KİV-lər ölkə prezidentinin onu qəbul etməyəcəyini xəbər verirlər.


D.Kuleba bir sıra Afrika ölkələrinin Lavrovu qəbul etmək istəməmələrini Ukraynaya qarşı müharibədən sonra Afrikada belə Rusiyaya qarşı münasibətin pisləşməsi ilə izah edib: “Mən bilirəm o, niyə (həmin ölkələrə) düşə bilməyib. Bu, prinsip etibarilə (Rusiyaya) siqnaldır. Dünənə qədər onlara elə gəlirdi ki, Rusiya Afrikanın hər yerində dominantlıq edir və hər yerdə qapılar onların üzünə açıqdır, onlara qucaq açılır. Burda isə birdən-birə problemlər yaranır...”

Xatırladaq ki, Afrika ölkələri əsas etibarilə Ukraynada gedən müharibəni ya qınayır, ya da neytrallıq saxlayırlar. Rusiya isə son zamanlara qədər xüsusilə “Vaqner”-in köməyi ilə Afrikada öz nüfuzunu artırmağa çalışıb. “Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam