Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Türkiyə Xarici İşlər Nazirliyi konsulluqlarını bağlayan ölkələrlə müttəfiqlik əlaqələrini şübhə altına alıb


 

 Mümkün terror aktları ilə bağlı məlumatların ortaya çıxmasından sonra İstanbuldakı konsulluqlarını bağlayan ölkələri Türkiyə hüquq-mühafizə orqanları ilə məlumat paylaşmadan müttəfiq və dost adlandırmaq çətindir.

Yenixeber.org iz.ru-ya istinadən məlumat verir ki, bu mövqeyi fevralın 3-də xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda argentinalı həmkarı ilə keçirdiyi mətbuat konfransında bildirib.

“Onlar terror təhlükəsindən danışırlar. Əgər belə bir təhlükə varsa, müttəfiq olsaq, bizimlə kəşfiyyat məlumatlarını bölüşmək düzgün olmazmı? Bizə deyirlər ki, təhlükə ilə bağlı konkret məlumatımız var. Haradan gəlir, bunu kim edəcək, bu detallarla bağlı heç bir məlumat yoxdur. Nə Daxili İşlər Nazirliyində, nə də bizim kəşfiyyatda tərəfdaşlarımızın bizimlə bölüşəcəkləri məlumat yoxdur. Hücum olarsa nə olar? Sən ancaq özünü düşünürsən?” – deyə, o, qeyd edib.

Çavuşoğlunun sözlərinə görə, konsulluqların bağlanması ilə bağlı aksiyanın müəyyən vəzifələri var. O, həmçinin qeyd edib ki, bu cür davranış ölkələr arasında nə dostluq, nə də müttəfiqlik münasibətlərinə yaraşmır.

“Xüsusilə də seçkilər öncəsi bizi çətin vəziyyətə salmağa çalışanda, xalqımız bu məqsədləri yaxşı bilir. Biz dünən bütün lazımi mesajları diplomatlara çatdırdıq”, - deyə, diplomat bildirib.

ABŞ səfirliyi ilk dəfə olaraq öz vətəndaşlarına yanvarın 30-da Türkiyənin İstanbul şəhərinin mərkəzində terror aktının qurbanı olmaq təhlükəsi barədə xəbərdarlıq edib. Səfirlikdə qeyd edildiyi kimi, təhlükəli yerlərin sayına İstanbulun Beyoğlu, Qalata, Taksim rayonları, İstiqlal küçəsi daxildir. Bunun ardınca Hollandiya, Fransa, Almaniya və Böyük Britaniyanın İstanbuldakı baş konsulluqları təhlükəsizlik baxımından bunu əsaslandıraraq bağlanıb.

Tərcümə etdi: Səadət Sultan

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam