Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Bələdiyyə sədri icra başçısını məhkəməyə verdi -SƏBƏB

                             Ağsuda icra başçısı ilə bələdiyyə sədri arasında gərginlik yaşanıb.

Yenoixeber.org: Ağsu rayon Gəgəli bələdiyyəsinin sədri Fariz Xəlilli Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovu məhkəməyə verib. O, məhkəməyə Cinayət Məcəlləsinin 148-ci (Təhqir) və (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrinə əsasən xüsusi ittiham qaydasında şikayət verib. F.Xəlilli ona dəymiş mənəvi ziyanın ödənilməsi üçün icra başçısından 30 min manat təzminat istəyib.

Məsələ ilə bağlı açıqlama verən bələdiyyə sədri Fariz Xəlilli bildirib ki, icra başçısı onun gördüyü işləri məsxərəyə qoyduğu üçün bu addımı atıb:

"Bir müddət əvvəl Gəgəli kəndində icra başçısı Rövşən Bağırovun səyyar görüşü keçirilmişdi. Görüşdə bələdiyyə ilə bağlı məsələlər müzakirəyə çıxarılanda Rövşən Bağırov öz səlahiyyətlərinə aid olmayan məsələlərə münasibət bildirdi və bələdiyyənin gördüyü işləri lağa qoydu. Mən də məhkəməyə şikayət verdim. Dünən məhkəmə prosesi keçirildi. Mən şahidlərin adlarını düzgün qeyd etməmişdim.

Sənədlərdə uyğunsuzluq olduğu üçün məhkəmə təxirə salındı. Növbəti günlərdə yenidən şikayət edəcəm".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam