Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ağsuda xüsusi karantin dövründə kənd sakinləri “ayağa qalxdı” -FOTO/VIDEO

 



 Yenixeber.org: Bu gün saytımızın elektron poçtuna Ağsu rayonu, Ləngəbiz kənd sakini​ Həsənov​ Bəhmən Təhməz oğlunun, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Baş Prokuror cənab Zakir Qaralova, Daxili İşlər naziri cənab Vilayət Eyvazova və Azərbaycan Respublikasının İnsan Hüquqları​ ​ üzrə Müvəkkili​ (Ombudsman) Səbinə xanım Əliyevaya və digər vəzifə sahibi olan şəxslərə yazmış olduğu şikayət ərizəsinin bir surəti daxil olub. Adı çəkilən şəxsin yazmış olduğu şikayət ərizəsi ilə tanış olduqda bəlli oldu ki, Ləngəbiz kənd sakinləri 18 aprel 2020-ci il tarixdə saat təqribən 17:50 radələrində onlara məxsus taxıl sahəsində baş verən olaydan sonra, Ağsu rayon İcra Hakimiyyəti Aparatının və Rayon Polis Şöbəsi əməkdaşlarının fiziki və mənəvi zorakılıqları ilə üz-üzə qalırlar. Ona görə də, Bəhmən Həsənovun kənd sakinləri adından Gundemxeber.Az saytının redaksiyasına ünvanladığı şikayət ərizəsini yayımlamağı və baş verənlərlə bağlı aidiyyatı dövlət qurumlarını məlumatlandırmağı özümüz üçün borc bildik. Şikayətçi yazır:


​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə surəti:​ ​ ​ Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya
Surəti: ​Baş Prokuror cənab Zakir Qaralova
Surəti:​ Daxili İşlər naziri cənab Vilayət Eyvazova
Surəti:​ Azərbaycan Respublikasının İnsan Hüquqları​ ​üzrə Müvəkkili​ ​​(Ombudsman) Səbinə xanım Əliyevaya ​Ağsu rayonu, Ləngəbiz kənd sakini​ Həsənov​ Bəhmən Təhməz oğlu tərəfindən​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
​ ​
​ Ə R İ Z Ə

Möhtərəm Prezident!!


​ ​ ​ Yazıb Sizə bildirmək istəyirəm ki, 18 aprel 2020-ci il tarixdə saat təqribən 17:50 radələrində kəndimizin ərazisinə təxminən 4000-5000 baş xırdabuynuzlu heyvan sürüsü daxil olur. Həmin vaxt kənd sakinləri görürlər ki, heyvan sürüsü onlara məxsus taxıl sahələrini tapdalayaraq otlaq ərazisinə daxil olub. O halda sakinlər qoyun sürüsünü ərazidən çıxartmağa çalışdıqları bir vaxtda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Hacı Alxan adlı şəxs Ağsu Rayon İcra Hakimiyyətinə və Rayon Polis Şöbəsinə ​ zəng vurur və ​ “kənd sakinləri üstümə hücuma keçiblər” deyir.

Ağsuda xüsusi karantin dövründə kənd sakinləri “ayağa qalxdı” - FOTO/VIDEO


Çox keçmir ki, qeyd olunan əraziyə bir neçə nəfər polis əmədaşı şöbəyə məxsus nəqliyyat vasitələri ilə gəlirlər və etiraz edən sakinlərə qarşı dərhal dubinkadan istifadə edirlər. Yəni, kimin yaşlı, kimin cavan yaş həddində olmasına əhəmiyyət vermədən hər kəsə zərbələr endirib, təqribən 35​ -40​ nəfər​ kənd sakini döyə-döyə maşınlara dolduraraq Ağsu Rayon Polis Şöbəsinə aparırlar və həmin şəxsləri 1(bir) sutka ərzində şöbədə saxlayırlar.​ Xüsusi karantin rejiminin tətbiq olunmasına baxmayaraq, kənd sakinləri təqribən 15-20​ kvm-lik sahəsi olan bir otqda saxlanılır və onlara minbir əzab-əziyyət verilir.



Daha biabırçı halın varlı isə, kəndin 75 yaşlı sakini, ömrünün çox hissəsini gənclərin yaxşı oxumalarına, təlim-tərbiyəsinə həsr etmiş, şəkər xəstəsi olan və uzun illər ərzində Ləngəbiz kənd orta məktəbində direktor vəzifəsini daşımış Ağayerəhimov Rəhim Əhməd oğlunun döyülüb təhqir olunması olur. Bundan əlavə, saxlanılan şəxslər arasında torpaqlarımızın bütövlüyü uğurunda qəhrəmancasına vuruşub şəhid olmuş, ölümündən sonra isə, Azərbaycanın Milli Qəhrəmanı adını daşıyan Qurbanov Ağamalı Emin oğlunun övladı da var. Ağamalı Qurbanov dünyasını dəyişərkən, onun polis şöbəsində saxlanılıb olmazın təzyiqlərlə, hədələrlə üz-üzə qalan övladı beş yaşında olur.

Ağsuda xüsusi karantin dövründə kənd sakinləri “ayağa qalxdı” - FOTO/VIDEO


​ ​ Faciə o olur ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Hacı Alxan adlı şəxsin atdığı belə bir addımın varlığına baxmayaraq, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları hansısa maraqlar çərçivəsində bu şəxsin mövqeyini müdafiə edirlər və 30-35 sakini bir sutka ərzində polis şöbəsində saxladıqdan sonra, onların bəzilərindən 600 AZN, kimin valideyni vəzifədə çalışırsa həmin şəxsdən isə, 2-3 min manat “haqq-hesab” alıb buraxırlar. Polis şöbəsində sakinlərə bildirirlər ki, kim bu haqda hansısa dövlət qurumuna məlumat versə, yaxud da kiməsə danışsa, o halda həmin şəxsin yaxın qohum-əqrəbalarını, qardaşlarını həbs edəcəyik.



Hətta, onlar onu da tapşırırlar ki, kim 103-ə, yəni təcili tibbi yardıma zəng edib məlumat verərsə, dərhal həmin şəxsi mal-qara, toyuq oğurluğunda ittiham edəcəyik, lazım gəlsə qanunsuz silah saxlamaqda, narkotik maddə daşımaqda suçlayıb həbsinə də nail olacağıq. Hal-hazırda xəsarət alanlar belə bir təhlükə ilə üz-üzə qaldıqlarından, onlar müalicələrini ev şəraitində həyata keçirirlər.

Ağsuda xüsusi karantin dövründə kənd sakinləri “ayağa qalxdı” - FOTO/VIDEO


​ ​ Artıq Ləngəbiz kənd sakinləri üç gündən çoxdur ki, belə bir dözülməz vəziyyətlə üz-üzə qalıblar və sosial şəbəkələrdə baş verənlərlə bağlı məlumatlar yayımlanmaqdadır. Baş verən olayla bağlı hələ də bir kimsə maraqlanmayıb, kəndimizin beş nəfər sakini isə 10 sutka müddətinə həbsə məhkum olunublar.​ Həbs olunanlar arasında şəhid övladı olan Emil Qurbanov da var. Hansı ki, onun iki azyaşlı şikəs övladı var və bu gün onlar göz yaşları içində ata yolu gözləyirlər. Şəhid oğlu olan Emil Qurbanovun anası göz yaşları içində polis qapısında qalsa da, bir kimsə onun səsinə səs vermir. Hətta ona övladı ilə görüşməyə, apardıqları yeməyi ona çatdırmağa imkan vermirlər. Həbs olunan kənd sakinlərinin evdə ac-yalavac qalan üzüvlərini gözləri yollarda qalıb.



​ ​ ​ Maraqlı və düşündürücü haldır ki, kənd sakinlərinə təqribən​ 15-20​ min manat məbləğində ziyan vuran sahibkar, bu gün də heyvanları həmin ərazilərdə saxlayır və heçnə olmamış kimi öz işi ilə məşğul olur. Ona görə də, yazıb Sizdən xahiş edirk ki, bizi harınlanmış sahibkar, hansı ki, “Dörd qardaş”lar sadlıq sarayına​ sahiblik edən Hacı Alxan adlı şəxsin, həmçinin Ağsu RİH Aparatının və RPŞ əməkdaşlarının zülümündən xilas edəsiniz.

Ağsuda xüsusi karantin dövründə kənd sakinləri “ayağa qalxdı” - FOTO/VIDEO


Hal-hazırda biz həbs olunmuş beş nəfər kənd sakininin azadlığa buraxılmasını və sahibkar Hacı Alxan adlı şəxsə məxsus xırdabuynuzlu heyvanların kənd sakinlərinə məxsus taxıl sahələrindən çıxarılmasını, həmçinin sakinlərə dəymiş ziyanın ödənilməsini istəyirik. Sizdən artıq dərəcədə xahiş edirik ki,bizi düçar olduğumuz belə bir bəladan xilas edəsiniz”.



​ P.S. Biz bir redaksiya olaraq baş verən hadisənin hansı səbəbdən əmələ gəlməsi, xoşagəlməz vəziyyətin yaranması və s. haqda kifayət qədər dəlil-sübuta malik olmadığımız üçün, hal-hazırda konkret mövqeyimizi ifadə edə bilmirik. Amma, onu vurğulamağı özümüz üçün borc bilirik ki, Ağsu RİH-nin başçısı xüsusi karantin rejiminin tətbiq olunduğu bir vaxtda, məhz belə bir olayın baş verməsinə, sakinlərə qarşı polis zoraklığına imkan verməməli idi.

Ağsuda xüsusi karantin dövründə kənd sakinləri “ayağa qalxdı” - FOTO/VIDEO


Çünki, cənab Prezdent 30 sentyabr 2019-cu il tarixdə Vahid Heydər oğlu Tağıyevi Ağsu rayon İcra Hakimiyyətinə başçı təyin edərkən, ona etimad göstərib, lazımi tapşırığını verdikdən sonra, məhz bu yöndə lazımi addımını atıb. Düşündürücü hal odur ki, bu gün Ləngəbiz olayı sosial mediada daha çox yayılan və müzakirə olunan mövzulardan birinə çevrilib. O halda sual oluna bilər ki, görəsən Vahid Tağıyev cənab Prezidentin etmadını doğruldurmu?
Bu yöndə araşdırmamız davam edəcək.

Ağsuda xüsusi karantin dövründə kənd sakinləri “ayağa qalxdı” - FOTO/VIDEO
Ağsuda xüsusi karantin dövründə kənd sakinləri “ayağa qalxdı” - FOTO/VIDEO
Ağsuda xüsusi karantin dövründə kənd sakinləri “ayağa qalxdı” - FOTO/VIDEO
Ağsuda xüsusi karantin dövründə kənd sakinləri “ayağa qalxdı” - FOTO/VIDEO
Ağsuda xüsusi karantin dövründə kənd sakinləri “ayağa qalxdı” - FOTO/VIDEO

Ağsuda xüsusi karantin dövründə kənd sakinləri “ayağa qalxdı” - FOTO/VIDEO
GundemXeber.Az

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam