Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Rusiya –Ukrayna müharibəsində ölən və yaralananların sayı 200 minə çatıb

 
Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri həlak olan və yaralanan rus hərbçilərinin sayı 200 minə yaxınlaşır.

“Yenixeber.org”  ru.slovoidilo.ua-ya istinadən məlumat verir ki, cəmi 11 aylıq münaqişədə bu itkilər amerikalıların Əfqanıstandakı müharibənin iki onilliyindəki itkilərindən səkkiz dəfə çoxdur.

Bu işğalın Vladimir Putin üçün nə qədər pis getdiyinin əyani sübutudur.

Bu barədə Amerika və digər Qərb rəsmilərinə istinadən “The New York Times” qəzeti də yazır. Zərər təxmini peyk görüntüləri, mesajların tutulması, sosial media və yerli media hesabatları və rəsmi məlumatlara əsaslanır.

Rəsmilər deyirlər ki, Rusiya ölən və yaralıların sayını az göstərdiyi üçün əsl itkiləri təxmin etmək çətindir.

Baxmut uğrunda döyüşlər zamanı hər gün yüzlərlə əsgər ölür və ya yaralanır. ABŞ-ın yüksək rütbəli hərbi rəsmisi Baxmut yaxınlığında gedən döyüşləri “qəddar” adlandırıb. Xüsusilə, Wagner PMC oraya cəlb edilmiş məhbuslardan şikar kimi istifadə edir. Onların minlərlə adamı artıq öldürülüb və bu, ABŞ rəsmilərini şoka salıb. Qəzet qeyd edir ki, Baxmutun strateji dəyəri sadəcə Rusiyanın ödədiyi qiymətə uyğun gəlmir.

İtkilərlə bağlı son ictimai hesablamanı ABŞ noyabr ayında verib: Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milley müharibə başlayandan bəri 100 mindən çox rus hərbçisinin həlak olduğunu və ya yaralandığını bildirib.

 Tərcümə etdi: Səadət Sultan


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam