Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

İranın hərbi obyektinə pilotsuz təyyarələrin son hücumunun arxasında İsrail dayanır?

 

Bazar günü İranın mərkəzindəki İsfahan şəhərində güclü partlayışın baş verdiyi bildirilir.

Yenixeber.org”  TASS-a istinadən məlumat verir ki, İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani bildirib ki, İsfahanda İranın hərbi obyektinə edilən son hücumla bağlı ilkin araşdırmada İsrailin məsuliyyət daşıdığını göstərir.

“İlkin araşdırmanın nəticələri göstərir ki, İsfahanda [İran] Müdafiə Nazirliyinin obyektinə edilən terror aktının arxasında sionist rejim (İsrail) dayanır, bu rejimin hərəkətləri beynəlxalq hüququ pozur və pislənir”, - deyə hesabatda deyilir. Bu barədə İran səfiri BMT baş katibinə və BMT Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı məktubda bildirib.

İrəvani vurğulayıb: “İran öz milli təhlükəsizliyini müdafiə etmək və sionist rejimin hər hansı təhdid və ya yanlış hərəkətinə lazım bildiyi yerdə və nə vaxt qətiyyətlə cavab vermək üçün qanuni və ayrılmaz hüququnu özündə saxlayır”. ISNA-nın verdiyi məlumata görə, İranın BMT-dəki nümayəndəsi BMT Təhlükəsizlik Şurasını İsrail hökumətinin düşmənçilik ritorikasını pisləməyə çağırıb.

Qeyd edək ki, İRNA xəbər agentliyi bazar günü axşam İranın mərkəzindəki İsfahan şəhərində güclü partlayışın baş verdiyini bildirib. Daha sonra İranın Müdafiə Nazirliyi bildirib ki, şənbə günü onun mərkəzlərindən birinə pilotsuz təyyarələrlə hücuma cəhd edilib. İranın ali rəhbərliyi bildirib ki, bir pilotsuz təyyarə vurulub, digər ikisi isə qoruyucu tələyə düşərək partlayıb. Heç kim xəsarət almayıb, cüzi ziyan dəyib.

Tərcümə etdi: Səadət Sultan


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam