Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Kiyevə tankların göndərilməsi Ukraynadakı münaqişənin həllinə kömək etməyəcək -Ərdoğan

   

Türkiyə prezidenti vurğulayıb ki, “bu riskli addım xüsusilə silah baronları üçün faydalıdır”.

Yenixeber.org”  TASS-a istinadən məlumat verir ki, Qərbin Kiyevə silah göndərməsi, o cümlədən tanklar Ukrayna münaqişəsinin həllinə gətirib çıxarmayacaq. Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü TRT telekanalına müsahibəsində bildirib.

“Deyə bilmərəm ki, tankların göndərilməsini [Ukrayna münaqişəsinin] həlli istiqamətində bir addım hesab edirəm”. Biz Qərb ölkələrinin Ukrayna və Rusiya arasında danışıqlara dair çağırışlarımızı dəstəkləyəcəyini gözləyirik”.

Kiyevə silah tədarükünün artırılmasına gəlincə, Ərdoğan “bu riskli addımın xüsusilə silah baronları üçün faydalı olduğunu” vurğulayıb.

Bununla belə, NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, Ukraynaya silah tədarükü gələcəkdə “danışıqlar və sülh yolu ilə həll” üçün zəmin yarada bilər.

Yanvarın 25-də ABŞ Kiyevə 31 M1 Abrams tankı göndərməyi öhdəsinə götürdü. Həmin gün Almaniya 14 Leopard 2A6 tankını Ukraynaya təhvil verəcəyini və digər ölkələrin bu döyüş maşınlarını Ukraynaya təkrar ixracına icazə verəcəyini təsdiqləyib. Almaniyanın müdafiə naziri Boris Pistoriusun sözlərinə görə, “Leopard 2” tankları “martın sonuna qədər” Ukraynaya göndəriləcək. Norveç, Slovakiya, Böyük Britaniya, Polşa və Fransa da Kiyevə Qərb istehsalı olan tanklar verəcəklərini öhdələrinə götürdülər. Kiyev ilk partiya olaraq 12 ölkədən 140-a qədər tank alacağını gözləyir.

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Ukraynadakı vəziyyət ətrafında gərginlik Vaşinqtonun qərarları və ABŞ-ın digər ölkələrə təzyiqi səbəbindən artır.

                    

Tərcümə etdi: Səadət Sultan


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam