Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Kamboca Ukraynaya hərbi yardım etməyəcək

 

 

 

 

  Kamboca Ukrayna Silahlı Qüvvələrinin istehkamçılarını hazırlasa da, Ukraynaya kömək etmək niyyətində deyil.

“Yenixeber.org” “Khmer Times” qəzetinə istinadən məlumat verir ki, Kambocanın baş naziri Hun Sen ölkəsinin Ukraynaya hərbi yardım göstərməyəcəyini bildirib.

Baş nazirin sözlərinə görə, Kambocanın ukraynalı istehkamçılara təlim keçməsi heç də o demək deyil ki, bu ölkə Kiyev və Ukrayna Silahlı Qüvvələrinə başqa növ yardımlar göstərəcək.

Sitat: “Kamboca Ukraynaya heç bir hərbi dəstək verməyib. Kamboca bunu etmək iqtidarında deyil. Kambocanın ukraynalı istehkamçılara texniki yardımı sırf humanitar aksiyadır”, -  deyə, Hun Sen vurğulayıb.

Bundan başqa, o xatırladıb ki, Kamboca istənilən ölkənin nümayəndələrini, o cümlədən Rusiyadan olan hərbçiləri yetişdirməyə hazırdır.

 Tərcümə etdi: Səadət Sultan


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam