Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Ukrayna Silahlı Qüvvələri Soledarda müdafiə xəttinə çəkilib -"Həyatları xilas etmək üçün"

Ukrayna silahlı qüvvələri düşmənə ağır itkilər verərək Donetsk vilayətinin Soledar qəsəbəsindən tamamilə geri çəkilib. İndi şəhər rusların nəzarətindədir.
“Yenixeber.org”  ru.slovoidilo.ua-ya istinadən məlumat verir ki, bu barədə BBC News Ukraynaya Ukrayna Silahlı Qüvvələrinin şərq qrupunun nümayəndəsi Sergey Çerevatıy bildirib. “Şəxsi heyətin həyatını xilas etmək üçün Müdafiə Qüvvələri Soledardan geri çəkildi və əvvəlcədən hazırlanmış müdafiə xətlərində möhkəmləndi. Soledarın müdafiəçiləri düşmənin 3-5 dəfə üstünlüyünə baxmayaraq, öz mövqelərini möhkəm saxlayaraq, əsl şücaət göstərdilər. Düşmənə böyük itkilər verdilər. Bu hal iki çeçen müharibəsində təcavüzkarın itkiləri ilə müqayisə oluna bilər”, - deyə, Çerevatıy bildirib.

Xatırladaq ki, bir həftə əvvəl kəşfiyyat məlumat vermişdi ki, işğalçılar Soledar və Baxmut üzərində tam nəzarətə malik deyillər. Ukrayna sərhədçiləri Soledarda düşməni necə məhv etdiklərini 
göstəriblər.

Tərcümə etdi: Səadət Sultan


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam