Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

"Kazarma faciəsi" ilə bağlı aksiyada Paşinyanın istefası tələb olundu

"Kazarma faciəsi"  ilə bağlı aksiyada Paşinyanın istefası tələb olundu
İrəvanda hökumət binası yaxınlığında etiraz aksiyası keçirilib. 
 Yenixeber.org: “Oğlunuz növbəti qurban olmamalıdır” şüarları ilə təşkil olunan aksiyada Geqarkunikdəki hərbi hissədə baş verən yanğına görə məsuliyyət daşıyanların cəzalandırılması tələb edilib.
Hərəkatın liderlərindən biri Menua Soqomonyan bəyan edib ki, baş nazir Nikol Paşinyan bu hadisədə əsas məsul şəxs sayılır. İkinci şəxs isə müdafiə naziri Suren Papikyandır.
“Əgər baş nazir və onun həyat yoldaşı üçün gizli yollarla yeni avtomobillər almağa, "Eurovision"a 5 milyard xərcləməya, yaxud da paytaxt meydanını bayram üçün 2 milyon dollara bəzəməyə vəsait tapırlarsa, bəs niyə əsgərlərə normal şərait yaratmaq üçün pul olmur? Hansılar ki, təhlükəsizliyimizi qoruyurlar. Təbii ki, vəsaitlər var, lakin onlar məlum istiqamətdə xərclənmirsə deməli, güclü ordu ya prioritet deyil, ya da ümumiyyətlə vəziyyətə nəzarət edə bilmirlər”, - Soqomonyan gileylənib.
O qeyd edib ki, Paşinyan və Papikyan istefa verməlidir.
Hərəkatın digər funksioneri Avetik Çalabyan isə qeyd edib ki, bu aksiya bir qədər gec təşkil olunub. Geniş etirazları daha əvvəl göstərmək lazım idi ki, hakimiyyətə rahatlıq olmasın.
"Bu hakimiyyətin dövründə ordu "ögey övlad”a çevrildi. Slahlı qüvvələri addım-addım məhv etməyə çalışırlar. Yanğından dərhal sonra nə baş verdiyini gördünüzmü? 8 zabit rəsmi araşdırma aparılmadan dərhal vəzifəsindən qovuldu. Paşinyanın işdən çıxardığı bu zabitlərin bir çoxu əsgərlərin bu tövlədə qalmasındaı günahkar deyildi. Bunun günahkarı Paşinyandır”, - Çalabyan bildirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam