Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

ABŞ-da Çin Yeni ilini qeyd edərkən atışma olub: 10 nəfərin öldüyü bildirilir

 ABŞ-da Kaliforniya ştatının Monterey Park şəhərində Çin Yeni ilini qeyd edən zaman naməlum şəxs atəş açıb.

“Yenixeber.org” news.obozrevatel.com-a istinadən məlumat verir ki, hücum nəticəsində ən azı 16 nəfər yaralanıb. Çoxlu sayda ölənlər məlumdur.

Rəsmilərin və şahidlərin bildirdiyinə görə, hadisə Los-Ancelesin şərqində yerləşən Monterey Parkında Çin Yeni ili şənlikləri zamanı baş verib.

Hadisə West Garvey prospektində atışma səbəbindən zabitlərin çağırıldığı zaman olub. İlkin məlumatlara görə, azı 16 nəfərdən çox adam xəsarət alıb, o cümlədən bir neçə nəfər aldıqları xəsarətlərdən dünyasını dəyişib. Polis hələ də ölən və yaralananların dəqiq sayını açıqlamayıb.

Atışmanın hansı şəraitdə baş verməsi ilə bağlı təfərrüatlar hələlik məlum deyil. Atışma baş verən ərazidə bir neçə Asiya ticarət mərkəzlərinin yerləşdiyi məlumdur.

İki şahid silah səsləri eşitdiklərini söylədilər, lakin əvvəlcə bunun Çin Yeni ili atəşfəşanlığı olduğunu güman etdilər. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələn zaman zərərçəkənlərin çoxu müəssisələrdən birinin içərisində aşkar edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam