Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Fransada etiraz aksiyaları keçirilir

Fransada təklif olunan pensiya islahatları ilə bağlı genişmiqyaslı etiraz aksiyaları keçirilir.

Yenixeber.org: Təqaüd yaşının artırılması planlarına qarşı ümummilli tətillər fonunda yanvarın 19-da ən azı 1,1 milyon insan Paris və Fransanın digər şəhərlərində küçələrdə etiraz aksiyası keçirib, lakin prezident Emmanuel Makron təklif olunan pensiya islahatlarını davam etdirəcəyini bildirir.

Kütləvi müqavimət nümayişindən cəsarətlənən Fransa Həmkarlar İttifaqları yanvar ayı ərzində yeni tətillər və etirazların davam edəcəyini elan edib. Onlar yanvarın 31-də daha bir böyük aksiyanın keçiriləcəyini bəyan ediblər. Keçirilən etiraz tətilləri ictimai nəqliyyatın fəaliyyətini ciddi şəkildə dayandırıb və bir çox məktəblər bağlanıb.

Fransanın Lion, Bordo, Marsel və Tuluza şəhərlərində qatar maşinistləri, ictimai sektor işçiləri və neft emalı zavodunun işçiləri də aksiyalara qoşulub.

Parisdə keçirilən aksiyalar zamanı polis və etirazçılar arasında toqquşma halları yaşanıb, 38 etirazçı həbs olunub.

İslahatın həyata keçirilməsində israrlı olan Prezident Makron deyir ki, bu tədbir pensiya sistemini maliyyə cəhətdən davamlı saxlamaq üçün lazımdır, lakin Həmkarlar İttifaqları bunun zəhmətkeşləri təhdid etdiyini söyləyir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam