Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Ukrayna tankçıları Britaniyada "Challenger 2”ni idarə etməyi öyrənəcəklər

 

Ukrayna tankçıları tezliklə Böyük Britaniyada “Challenger 2” seriyalı tankları idarə etməyi öyrənməyə başlayacaqlar.

Yenixeber.org: Bu barədə Ukraynanın Birləşmiş Krallıqdakı səfiri Vadim Pristayko məlumat yayıb.

Onun sözlərinə görə, hazırlıq çox vaxt aparmayacaq. Britaniyalı təlimatçıların fikrincə, Ukrayna hərbçiləri daha çox maraq göstərdikləri üçün tez öyrənirlər: “Heyətlər Böyük Britaniyada təlimlərə başlamaq üzrədir. Ağır artilleriya sistemlərinin ekipajları artıq təlim keçir, tankçılar tezliklə gələcək”.

Xatırladaq ki, Böyük Britaniya Ukraynaya 14 “Challenger 2” tankı verəcəyini açıqlayıb.

“Challenger 2” Böyük Britaniyanın əsas döyüş tankıdır və Omanın silahlı qüvvələrində də xidmətdədir. Bu, ilk “Challenger” modelinin, 80-ci illərin tankının dərin modernləşdirilməsidir. O, 1993-cü ildən 2009-cu ilədək, İngiltərə Müdafiə Nazirliyi yeni zirehli maşınlar sifariş etməyi dayandırana qədər istehsalda olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam