Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Gün ərzində 820 işğalçını, bir təyyarə və 9 tank məhv edib -Ukrayna Silahlı Qüvvələri


Beləliklə, Ukraynada genişmiqyaslı müharibə başlayandan diktator Vladimir Putinin ambisiyaları ucbatından məhv edilən işğalçı qoşunların canlı qüvvəsinin ümumi sayı artıq 117 min 770 nəfərə çatıb.

Yenixeber.org” war.obozrevatel.com-a istinadən məlumat verir ki, ötən gün, yanvarın 17-də ukraynalı müdafiəçilər Rusiya terror dövləti ordusunun daha 820 əsgərini məhv ediblər.

Bu barədə yanvarın 18-də səhər saatlarında Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının Facebook səhifəsində məlumat verilib. Bundan əlavə, Müdafiə Qüvvələrinin bölmələri daha onlarla texnikanı, o cümlədən 9 tankı (tammiqyaslı müharibə başlayandan bəri cəmi 3130), 10 zirehli döyüş maşını (cəmi 6225 ədəd), 4 artilleriya sistemini ( cəmi 2108 ədəd) məhv edib.

Təcavüzkarın ordusu son sutka ərzində bir MLRS qurğusunu (24 fevral 2022-ci il tarixinə ümumilikdə 442), bir təyyarəni (müharibənin əvvəlindən 287 ədəd) və 4 əməliyyat-taktiki səviyyəli (ümumilikdə) 1876 PUA-nı itirib). Həmçinin yanvarın 17-də ukraynalı müdafiəçilər 12 ədəd avtomobil və tankeri (cəmi 4889 ədəd) məhv ediblər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam