Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Braun-Pivenin səfəri erməni qərbpərəstlərinin saxta gündəmini ifşa etdi

Braun-Pivenin səfəri erməni qərbpərəstlərinin saxta gündəmini ifşa etdi
Fransa Milli Assambleyasının sədri Yael Braun-Pivenin başçılıq etdiyi nümayəndə heyətinin İrəvan səfəri Ermənistanda birmənalı qarşılanmayıb.
Yenixeber.org: Politoloq Suren Surenyanç "Sputnik Armeniya"ya açıqlamasında deyib ki, İrəvan ölkə üçün mühüm əhəmiyyət kəsb edən bu səfəri sözün həqiqi mənasında yola verib.
O, qeyd edib ki, Yael Braun-Pive İrəvanda keçirdiyi mətbuat konfransında iki diqqətçəkən bəyanatla çıxış edib. Birincisi, Laçın dəhlizi ilə bağlı məsələdən danışarkən o, “problemin sülh yolu ilə həlli yolları tükənməyib” deyib. Qarabağın müstəqilliyinin tanınmasına gəlincə, Parisin bunu beynəlxalq hüquq normalarına zidd olduğu üçün tanımayacağını bəyan edib.
"Nəticədə o, İrəvana səfər zamanı bizdən çox düşmənimizin xarici siyasət arsenalında istifadə oluna biləcək bəyanatlar səsləndi. Bu, diplomatiyamızın, xarici siyasətimizin keyfiyyətindən xəbər verir", - politoloq gileylənib.
O, həmçinin qeyd edib ki. Braun-Pivenin səfəri erməni qərbpərəstlərinin saxta gündəmini də ifşa etdi.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam