Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Müdafiə nazirinin sabiq müavini edam olundu -İranda

 

İran müdafiə nazirinin sabiq müavini Əlirza Əkbərinin edam olunması ilə bağlı xəbər təsdiqlənib.

Yenixeber.org: Bu barədə İran Məhkəmə Sistemi məlumat yayıb.

Bildirilib ki. Ə.Əkbəri barədə çıxarılan edam hökmü icra olunub.

Xatırladaq ki, ötən gün “Sabrin News” və “İran İnternational” saytları öz mənbələrinə istinadən keçmiş nazir müavininin edam hökmünün icra edildiyi barədə məlumatlar yaymışdı.

Qeyd edək ki, Ə.Əkbəri İran Milli Təhlükəsizlik Şurasının hazırkı katibi, 1997-2005-ci illərdə müdafiə naziri işləmiş Əli Şəmxaninin müavini işləyib. O, 1961-ci ilin sentyabrında anadan olub. Britanya-İran ikili vətəndaşlığı var. 2005-2020-ci illərdə Britaniyada yaşayıb, Tehrana səfəri zamanı casusluqda ittiham olunaraq həbs edilib. Sonradan girov qarşılığında sərbəst buraxılmışdı. İran kəşfiyyatı 2023-cü il yanvarın 1-də onu yenidən həbs edib. Məhkəmə Əlirza Əkbərini Böyük Britaniyaya casusluqda günahlandıraraq barəsində edam hökmü çıxarıb.

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli tviter səhifəsində onun barəsində çıxarılan edam hökmünün siyasi motivli olduğunu bildirərək təcili azad edilməsini yazıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam