Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

Rusiya Laçın yolundan humanitar yardım karvanlarının keçdiyini təsdiqləyib

 

“Moskva Laçın yolundakı durumla bağlı işlərini davam etdirir”.

Yenixeber.org: Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

O bildirib ki, bütün tərəflər üçün məqbul həll yolu tapmaq lazımdır.

M.Zaxarovanın sözlərinə görə, Rusiya da Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası üzrə komissiyanın işini dəstəkləyir və kartoqrafik materialları təqdim etməyə hazırdır.

Rusiya XİN-in rəsmisi Laçın yolundakı vəziyyətdən də danışıb. O, Laçın yolundan humanitar yardım karvanlarının keçdiyini təsdiqləyib: “Sülhməramlılara qarşı ictimai hücumlar qəbuledilməzdir. Onlar regionda sülhün təminatçısıdır”.

Qeyd edək ki, son zamanlar Ermənistanın baş naziri Nikol Paşinyan və ölkənin digər rəsmiləri Rusiya sülhməramlılarının fəaliyyətindən narazı olduqlarına dair bəyanatlar səsləndirirlər.

Bundan başqa, yanvarın 8-də Ermənistanın “Milli Demokratik Zolaq” təşkilatının üzvləri Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasına gedən yolları bağlamışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam