Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

ÜST "Omikron"un yeni variantının təsirini araşdırır

Yenixeber.org: Bu barədə ÜST-nin Avropa Regional Bürosunun direktoru Hans Kluge bu gün keçirdiyi mətbuat konfransında bildirib.

“XBB.1.5 variantına yoluxma halları regionumuzda az, lakin artan sayda qeydə alınır və biz onun potensial təsirini qiymətləndirmək üzərində çalışırıq”, - o deyib.

O vurğulayıb ki, ölkələrin bəzilərindən əldə edilən son məlumatlar yeni rekombinant XBB.1.5 virusunun artan mövcudluğunu göstərməyə başlayıb.

Onun sözlərinə görə, üçillik uzun pandemiyadan sonra, bir çox ölkənin həddən artıq yüklənmiş səhiyyə sistemləri, zəruri dərman çatışmazlığı və tükənmiş tibbi işçi qüvvəsi ilə mübarizə apardığı zaman ölkələrin səhiyyə sistemləri daha da çox yüklənməməlidir.

“Yeni ilə qədəm qoyarkən Avropa və Mərkəzi Asiya ölkələri sınaqdan keçirilmiş effektiv strategiyaları həyata keçirmək üçün səylərini ikiqat artırmalı və əldə olunmuşlarla kifayətlənməməlidirlər”, - H.Kluge diqqətə çatdırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam