Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Ukraynada RAKET ZƏRBƏSİ NƏTİCƏNDƏ QADIN həlak olub


 

Rusiya hərbçilərinin Xarkov vilayətində Şevçenkovaya raket zərbəsi endirməsi nəticəsində bir qadın ölüb. 

“Yenixeber.org”  “Slovo i delo” analitik portalına istinadən xəbər verir ki, bu barədə hərbi administrasiyanın rəhbəri Oleq Sinegubov məlumat verib.

“Yenilənmiş məlumata görə, təəssüf ki, 60 yaşlı qadın dünyasını dəyişib. Bütün digər zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Həkimlər onlara kömək edir. Xilasedicilər dağıntıları sökməyə davam edirlər”, - deyə o yazıb.

DDC-nın rəis müavini Kirill Timoşenko da xilasedicilərin dağıntıları necə təmizlədiyini və qurbanları necə çıxardığını əks etdirən fotonu dərc edib.

Xatırladaq ki, bu gün səhər, yanvarın 9-da ruslar Kupyanski rayonundakı Şevçenkovu S-300-dən vurub. Yeddi qurbanın arasında 13 yaşlı qızın olduğu məlumdur.

Yanvarın 6-da rus qoşunları Baxmutu və ətraf əraziləri atəşə tutdu. Zərbələr nəticəsində 2 nəfər ölüb, 13 nəfər yaralanıb.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam