Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Ukraynadan İrana xəbərdarlıq: "Bu nəticələr daha ağrılı olacaq”

Ukrayna İrana XƏBƏRDARLIQ ETDİ
"Ukraynanın Rusiyaya müəyyən tipli İran raketlərinin tədarükü ilə bağlı Moskva və Tehran arasında mümkün danışıqlar barədə məlumatı var".
Yenixeber.org: Bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Akhbar Al Aan” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiyanı bu tip silahlarla təmin etmək qırmızı xəttə çevriləcək, bundan sonra İslam Respublikasına Rusiyaya hərbi dəstəyi dayandırmağa sövq etmək üçün bütün təzyiq vasitələri tətbiq olunacaq.
Nazir qeyd edib ki, İran tərəfi artıq Rusiyanı Ukraynadakı infrastruktur obyektlərinə hücum edən pilotsuz təyyarələrlə təmin edir.
“Ukrayna İran və Rusiya Federasiyası arasında hərbi sahədə əməkdaşlığın genişləndirilməsi prosesini diqqətlə izləyir. İran başa düşməlidir ki, mənfi nəticələr Tehranın Rusiya ilə qarşılıqlı əlaqədən əldə etməyə çalışdığı hər hansı faydanı ləğv edəcək. Bu nəticələr daha böyük və daha ağrılı olacaq”, - Kuleba vurğulayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam