Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Kukla Teatrında yoxlamalar dayandırılıb -RƏSMİ

Azərbaycan Dövlət Kukla Teatrında yoxlamalar davam etdirilmir.

Yenixeber.org: Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, teatrda yoxlama davam etdirilmir və yenidən hər hansı bir yoxlamanın aparılması nəzərdə tutulmayıb.

"Bəzi sosial media hesablarında yoxlamanın yenidən keçirilməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir", - nazirlikdən qeyd olunub.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi ötən il noyabrın 21-də Kukla Teatrında yoxlamalara başlamışdı. Bununla bağlı əmri həmin dövrdə mədəniyyət naziri olan Anar Kərimov imzalamışdı.

Teatr rəhbərliyi mətbuat konfransı keçirərək, yoxlamalara etiraz etmişdi. Lakin indiyədək yoxlamaların hansı səbəbdən aparılmasına aydınlıq gətirilməyib və nəticələri açıqlanmayıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2022-c il 22 dekabr tarixli sərəncamı ilə Anar Kərimov mədəniyyət naziri vəzifəsindən azad olunub.

Dövlət başçısının imzaladığı digər sərəncama əsasən, Adil Kərimov mədəniyyət nazirinin birinci müavini təyin olunub. Nazir vəzifəsinin icrası Adil Kərimova həvalə olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam