Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Vardanyan:"Qida, yanacaq tapmır, meyitləri Qarabağa daşıya bilmirik"

Vardanyan:    "Qida, yanacaq tapmır, meyitləri Qarabağa daşıya bilmirik"  
Separatçıların qondarma "dövlət naziri" Ruben Vardanyan Xankəndidə vəziyyətin ağır olduğunu etiraf edib.
Yenixeber.org: Rusiyadan Qarabağa göndərilən, erməni əsilli rus iş adamı sosial şəbəkələrdə yaydığı videomüraciətdə qida və yanacaq baxımından dalana dirənmələrindən gileylənib.
"Biz hər şey edirik ki, yaranmış bu vəziyyəti tez bir zamanda dəyişək. Digər tərəfdən, çalışırıq elə addımlar ataq ki, ləyaqətimizi də itirməyək, gördüyümüz işlərin nəticələri ağır olmasın və Qarabağda rahat yaşayaq. Doğrudan da, vəziyyət ağırdır. Həm qida, həm də yanacaq baxımından ağırdır”, – təxribatçı Vardanyan Facebookda yazıb.
O həmçinin gileylənərək deyib: "Bu gün biz uşaqları Ermənistanda qalan valideynlərlə görüşəcəyik ki, belə vəziyyətdə necə davranacağımızla bağlı çıxış yolu tapaq. Uşaqların valideynlərinə qovuşması çox vacibdir. Təəssüf ki, bir neçə nəfər ölüb və cəsədləri Qarabağa çatdıra bilməyiblər. Günümüzdə ailələr bir-birindən ayrı düşürlər və bu, getdikcə daha ciddi və uzunmüddətli problemə çevrilir”.
Qeyd edək ki, Vardanyanın Rusiyadan Xankəndiyə gələn kimi "nazir" təyin edilməsi birmənalı qarşılanmamışdı. Rəsmi Bakı bu siyasi oyuna sərt şəkildə təpki vermişdi.
Azərbaycan Prezidenti İlham Əliyev isə Vardanyan haqqında deyib : "Hesab edirəm, vacib odur ki, Ermənistan əslində istədiyini açıq şəkildə elan edir. Əgər onlar Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu, alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam