Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Təxribatçı Vardanyan Xənkəndidə mitinq elan etdi

Təxribatçı Vardanyan Xənkəndidə mitinq elan etdi
Rusiyadan Azərbaycana gələrək tez-tez təxribatçı açıqlamalar verən Ruben Vardanyan növbəti dəfə sərsəmləyib.
Yenixeber.org:  Rusiya sülhməramlı kontingentin müvəqqəti nəzarəti altında olan Xankəndidəki separatçıların "dövlət naziri" kimi tədim edilən erməni əsilli rus iş adamı siyasi dirənişlə bağlı anons verib. O, sabah saat 15:00-da Xankəndidə Azərbaycan əleyhinə mitinq təşkil edəcəyini bəyan edib. Vardanyan yerli ermənilər üçün elan etdiyi aksiya ilə bağlı bəyanatda deyib ki, “birliyimizi və gücümüzü göstərmək üçün hər kəsi bu mitinqdə iştirak etməyə çağırıram".
Onun sözlərinə görə, ola bilsin ki, azərbaycanlıların qərarı ilə bu gün Laçın dəhlizində nəqliyyatın hərəkəti də bərpa olunsun.
Qeyd edək ki, Vardanyanın Rusiyadan Xankəndiyə gələn kimi "nazir" təyin edilməsi birmənalı qarşılanmamışdı. Rəsmi Bakı bu siyasi oyuna sərt şəkildə təpki vermişdi.
Azərbaycan Prezidenti İlham Əliyev isə Vardanyan haqqında deyib: "Hesab edirəm, vacib odur ki, Ermənistan əslində istədiyini açıq şəkildə elan edir. Əgər onlar Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu, alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam