Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

"ÜST təcili tibbi yardımın təkmilləşdirilməsi ilə bağlı Azərbaycana dəstək verir" -RƏSMİ

 

"Ümumdünya Sağlamlıq Təşkilatı (ÜST) təcili tibbi yardımın təkmilləşdirilməsi ilə bağlı hər zaman Azərbaycana dəstək verib".

Yenixeber.org: Bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov “Azərbaycanda təcili yardım sisteminin təkmilləşdirilməsi” üzrə simpoziumun açılış mərasimində deyib.

O söyləyib ki, səhiyyə sistemi insanları narahat edən təcili sağlamlıq məsələlərinə nə qədər çevik reaksiya verərsə, vətəndaşlar bir o qədər məmnun qalarlar.

Nazir müavini bildirib ki, son illər Azərbaycanda səhiyyə sistemində bir sıra islahatlar aparılıb.

N.Zeynalovun vurğulayıb ki, bu ilk növbədə səhiyyənin maliyyələşməsinə aiddir.

"Bununla yanaşı, vacib məqamlardan bir də təcili tibbi yardımla bağlı olan sistemin təkmilləşdirilməsidir. Çox sevindirici haldır ki, ÜST buna kömək edəcək bir layihə təqdim edib. Bununla bağlı 3 əsas istiqamətdə iş aparılır. Birincisi, xəstəxanaya qədərki mərhələdə təcili yardımın təkmilləşdirilməsi, ikincisi xəstəxana daxilində təcili tibbin müasir standartlara çatdırılması, üçüncüsü isə Tibb Universitetində təcii tibbi yardım fənninin tədrisi məsələsidir. Bu ilin fevralından görülmüş tədbirlər çərçivəsində təlimçi və təlimə cəlb olunan komandalar müəyyən edilib. Bu müddət ərzində komanda üzvləri Türkiyədə bir aylıq kursda olub, müəyyən yenilikləri ölkəmizə gətiriblər", - nazir müavini deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam