Redaktor seçimi
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Günün xəbəri

DÇ-2022:Portuqaliya Mərakeşlə, Fransa İngiltərə ilə qarşılaşacaq

 

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında bu gün 1/4 final mərhələsinə yekun vurulacaq.

Yenixeber.org: İkinci oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk matçında Portuqaliya millisi turnirin sürpriz komandası Mərakeşi sınağa çəkəcək. “Ət-Tumama” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Matçı argentinalı FIFA referisi Fakundo Telyo idarə edəcək.

Digər oyunda İngiltərə və Fransa yığmaları üz-üzə gələcəklər. “Əl-Bayt” stadionundakı görüşün baş hakimi braziliyalı Uilton Sampayo olacaq.

DÇ-2022

1/4 final mərhələsi

10 dekabr

19:00. Mərakeş - Portuqaliya

Baş hakim: Fakundo Telyo (Argentina)

“Ət-Tumama” stadionu

23:00. İngiltərə - Fransa

Baş hakim: Uilton Sampayo (Braziliya)

“Əl-Bayt” stadionu

Qeyd edək ki, 1/4 finalın digər iki oyunu dekabrın 9-da baş tutub. Xorvatiya Braziliyanı, Argentina isə Niderlandı məğlub edərək, yarımfinala yüksəlib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam