Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

DÇ-2022: Almaniyanın 5-ə, İspaniyanın 100-ə çatmaq arzusu -TƏHLİL

 

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında E qrupunun I turunda Yaponiya yığması ilə üz-üzə gələcək Almaniya millisi mundiallar tarixində ilk dəfə bu komandaya rəqib olacaq.

Yenixeber.org: Tərəflər daha əvvəl iki görüşdə qarşılaşıblar. Bunların birində Bundestim 3:0 hesabı ilə qələbə qazanıb. Digər matçda qalib müəyyənləşməyib - 2:2.

Almaniya yığması ən çox dünya çempionu olan (İtaliya ilə eyni sayda – 4 dəfə) iki Avropa təmsilçisindən biridir. Milli bu yarışda Braziliyaya aid rekordu (5 dəfə) qırmağa çalışacaq. 20-ci dəfə çempionatda mübarizə aparan "panzerlər" 1950-ci ildəki mundialda iştirak etməyib, 2018-ci ildə isə qrup mərhələsində mübarizəni dayandırıb. Avropalılar əvvəlki 5 yarışda 4 dəfə yarımfinala yüksəliblər.

Yaponiya seçməsi ardıcıl yeddinci dəfə turnirdə iştirak edir. 2018-ci ildə 1/8 finala vəsiqə qazanan Asiya təmsilçisi ardıcıl ikinci dəfə buna nail olmaq niyyətindədir. "Gündoğar ölkə" dünya çempionatındakı son 8 matçının birində qələbə qazanıb – 4 məğlubiyyət, 3 heç-heçə. Dördqat Asiya çempionu 2018-ci ildə qrup mərhələsində Kolumbiyanı 2:1 hesabı ilə məğlub edə bilib.

 

E qrupunun digər qarşılaşmasında İspaniya Kosta-Rika ilə üz-üzə gələcək. Tərəflər mundialda ilk dəfə görüşəcəklər. Əvvəlki üç oyunun ikisində İspaniya qələbə qazanıbsa, bir matç bərabərliklə başa çatıb. Bu üç görüşdə ümumilikdə 12 qol qeydə alınıb. 2010-ci ildə yarışın qalibi olan Avropa təmsilçisi ardıcıl 12-ci dəfə böyük turnirə qatılır. İspaniya son beş çempionatın dördündə qrup lideri kimi mərhələ adlayıb. Komanda yalnız qalib olduğu il yarımfinala vəsiqə qazana bilib. İspanlar indiyədək dünya çempionatında 99 qola imza atıblar. Yubileyə hazırlaşan millinin ilk qolunu 1934-cü ildə Jose İraraqorri Braziliya ilə matçda vurub.

Kosta-Rika kollektivi 6-cı dəfə turnirdə mübarizə aparacaq. Yığma tarixində üçüncü dəfə (1990, 2014) qrupdan çıxmağı hədəfləyir. Yarışdakı son altı oyunun (4 heç-heçə, 2 məğlubiyyət) heç birində qələbə qazanmayan Mərkəzi Amerika təmsilçisi bu görüşlərin dördündə fərqlənə bilməyib. Komanda mundiallardakı qollarının 37 faizini (7/19) isə başla vurub.

 

F qrupunun ilk görüşündə Mərakeş və Xorvatiya münasibətlərinə aydınlıq gətirəcək. Son mundialın finalçısı olan avropalılar turnirdə ilk dəfə bu komandaya rəqib olub. 1996-cı ildəki yoldaşlıq oyununda isə heç-heçə qeydə alınıb – 2:2. Altıncı dəfə DÇ-yə qatılan xorvatlar daha əvvəl mundiallarda iki Afrika təmsilçisi - Kamerun (4:0) və Nigeriyanı (2:0) məğlub edib. Yığma bunlardan üçündə qrupda qalıbsa, 1998-ci ildə bürünc, 2018-ci ildə isə gümüş medal qazanıb.

Altıncı dəfə çempionatda iştirak edən Mərakeş 1986-cı ildə mübarizəni qrup mərhələsində dayandırıb. Son on qarşılaşmanın sadəcə birində qalib gələn (7 məğlubiyyət, 2 heç-heçə) afrikalılar DÇ-1998-də Şotlandiyanı üç cavabsız qolla üstələyib.

 

F qrupunun ikinci oyununda Belçika və Kanada milliləri çempionat tarixində ilk dəfə görüşəcəklər. 1998-ci ildəki yoldaşlıq matçında avropalılar qələbə qazanıblar - 2:0. Belçika turnirin qalibi olmayan və ən çox mundialda iştirak edən köhnə qitə təmsilçisidir. 14-cü dəfə yarışda iştirak edən milli 2018-ci ildə bürünc medal qazanıb və ən çox qol vuran (16) kollektiv olub. Belçikalılar qruplardakı son 12 oyunun heç birində məğlub olmayıblar. Onların son məğlubiyyəti 1994-cü ildə Səudiyyə Ərəbistanına qarşı olub.

 
 
36 ildən sonra mundiala qatılan Kanada dünya çempionatları tarixində ən azı üç oyuna çıxan komandalar arasında qol vura bilməyən dörd kollektivdən (Trinidad və Tobaqo, Zair - hazırkı Konqo DR və Çin) biridir.

Qeyd edək ki, Mərakeş - Xorvatiya oyunu Bakı vaxtı ilə saat 14:00-da, Almaniya - Yaponiya qarşılaşması saat 17:00-da, İspaniya - Kosta Rika görüşü 20:00-da, Belçika - Kanada matçı saat 23:00-da başlayacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam