Nikol Paşinyan ilin sonunadək Azərbaycan ilə sülh müqaviləsi imzalamaq istəyir
Ermənistanın Baş naziri Nikol Paşinyan bu ilin sonuna qədər Azərbaycan ilə sülh müqaviləsi imzalamaq istədiyini ifadə edib.
Yenixeber.org: O, parlamentdə deyib ki, hökumət bunun üçün lazım olan hər şeyi edir.
“Çalışacağıq ki, müqavilə imzalananadək sərhədlərin delimitasiyası başa çatdırılsın”, - N.Paşinyan bildirib.