Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Sabaha gözlənilən hava şəraiti açıqlanıb

 

Oktyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz arabir güclənən cənub küləyi ilə əvəz olunacaq.

Yenixeber.org: Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, havanın temperaturu gecə 13-15° isti, gündüz 18-22° isti, Bakıda gecə 13-15° isti, gündüz 20-22° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 18-dən 19-na keçən gecə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-17° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-6° isti, gündüz 7-12° isti olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam