Redaktor seçimi
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
Günün xəbəri

Azərbaycan Ordusunun Baş Qərargah rəisi qazaxıstanlı həmkarı ilə görüşüb

 

Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin Bakıda keçirilən növbəti iclası çərçivəsində Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Qazaxıstan Respublikası müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Marat Xusainov ilə görüşüb.

Yenixeber.org: Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qonağı salamlayan general-polkovnik K.Vəliyev hər iki ölkənin orduları arasında əməkdaşlığın inkişaf etdiyini və bu inkişafın cari ildə daha da sürətləndiyini vurğulayıb. O, bildirib ki, hərbi nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, habelə aparılan təcrübə mübadilələri ordularımız arasında əlaqələrin daha da genişlənməsinə təkan verib.
General-polkovnik K.Vəliyev Azərbaycanın Qazaxıstan ilə hərbi əlaqələrin inkişaf etdirilməsinə böyük önəm verdiyini və bu məsələlərin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət mərkəzində olduğunu xüsusi vurğulayıb.

Qeyd edilib ki, ölkələrimiz həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir, bütün məsələlərdə qarşılıqlı dəstək nümayiş etdirirlər. Bildirilib ki, beynəlxalq arenada baş verən hadisələr, həmçinin ölkələrimizin yerləşdiyi bölgələrdə yaranmış vəziyyət və yeni çağırışlar ikitərəfli münasibətlərin möhkəmləndirilməsini zəruri edir.

Öz növbəsində, Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana səfərindən məmnunluğunu ifadə edərək, səmimi qəbula görə öz minnətdarlığını bildirib. General-leytenant M.Xusainov Qazaxıstanın da Azərbaycan ilə hərbi əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu diqqətə çatdıraraq bunun hər iki ölkənin maraqlarına cavab verdiyini vurğulayıb.

Tərəflər Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə edib, bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu qeyd ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam