Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Ukrayna Silahlı Qüvvələri bu yaşayış məntəqəsini də azad edib

Yaşayış məntəqəsində dinc həyatın bərpası üçün işlərə başlanılıb

Yenixeber.org: Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri Xerson vilayətinin Berislav rayonunun Şevçenkovka kəndini Rusiya hərbçilərindən azad ediblər.

Bu barədə Xerson hərbi vilayət administrasiyasının rəhbəri Yaroslav Yanuşeviç bildirib.

"Ukrayna Silahlı Qüvvələri sayəsində Ukrayna bayrağı yenidən bu yaşayış məntəqəsi üzərində dalğalanır. Artıq terror törədən və öldürən Rusiya işğalçıları yoxdur. Bu gözəl insanlar üçün ən pis günlər arxada qalıb", - Yanuşeviç teleqram kanalında yazıb.

O qeyd edib ki, rəhbərlik artıq yaşayış məntəqəsində dinc həyatın bərpası istiqamətində işlərə başlayıb.

"Beynəlxalq tərəfdaşlarımızdan humanitar yardım gətiririk, insanlar pensiya və digər nağd ödənişlər alacaqlar. Biz işğaldan azad edilən qəsəbələri həmçinin qışa hazırlayırıq. Əhalinin odun və soba ilə təmin olunması üzərində işləyirik", - hərbi vilayət administrasiyasının rəhbəri vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam