Redaktor seçimi
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Günün xəbəri

Pakistanın əczaçılıq şirkətləri Azərbaycana investisiya qoya bilər

 

Pakistanın əczaçılıq şirkətləri Azərbaycanın Ələt Azad İqtisadi Zonasında işləməyə maraq göstərirlər.

Yenixeber.org:  Bunu Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PAKAZCHAM) prezidenti Xürrəm Bhattin bildirib.

Onun sözlərinə görə, bununla bağlı müzakirələr olacaq.

"PAKAZCHAM iki ölkə arasında əczaçılıq sahəsində əməkdaşlığı genişləndirmək üzərində işləyir. Biz Azərbaycanda əczaçılıq konfransı təşkil etməyi planlaşdırırıq. Ümid edirik ki, bu konfrans noyabrın sonuna qədər olacaq. Pakistanın əczaçılıq sahəsində fəaliyyət göstərən agentliyi ilə bu istiqamətdə danışıqlar aparır, təqribən 40-50 əczaçılıq şirkətinin Azərbaycana gəlməsini gözləyirik”, - deyə o, qeyd edib.

Xatırladaq ki, 2021-ci ildə Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsinin dəyəri 11 milyon 729 min ABŞ dolları təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 11,6 % azdır.

Bu ilin yanvar-avqust aylarında isə iki ölkənin ticarət dövriyyəsinin dəyəri 16 milyon 172 min ABŞ dolları olub. Bu isə 1 il əvvələ nisbətən 2,3 dəfə çoxdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam