Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Narkomaniya ilə mübarizə birgə səylər tələb edir -FOTOLAR

Bu günlərdə Quba Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə  şəhər  2 nömrəli tam orta və rayonun Alekseyevka kənd tam orta məktəblərində narkomaniyaya qarşı maarfiləndirmə tədbirləri keçirilib. Tədbirlərdə polis əməkdaşları, RİH-in nümayəndəsi, veteranlar,eləcə də məktəblərin müəllim və şagird kollektivi iştirak ediblər. 

 Yenixeber.org: Tədbirdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Vüsal Rüstəmov  və digər iştirakçılar narkomaniyanın fəsadları ilə bağlı çıxış edərək belə vasitələrdən asılılığının səbəb olduğu faciələr, xəstəliklər barədə şagirdlərə geniş məlumat veriblər.

Görüşlərdə  Daxili İşlər Nazirliyinin Polis Akademiyasının əməkdaşları  da iştirak ediblər. Təhsil müəssisəsinin əməkdaşı polis kapitanı İlqar Quliyev çıxış edərək bu qocaman təhsil müəssisəsinin yaranma tarixi, inkişafı, ölkəmizdə hüquq elminin inkişafına verdiyi töhfələr, daxili işlər orqanlarının ali təhsilli hüquqşünaslarla təmin olunmasındakı fəaliyyəti barədə ətraflı məlumat verib, Polis Akademiyasında kursantların hərtərəfli inkişafı üçün yaradılan müasir şərait, zəngin kitabxanalar, laboratoriyalar və asudə vaxtın səmərəli təşkili məqsədilə görülən tədbirlərdən danışıb.

Sonda məktəblilərə Polis Akademiyasındakı tədris prosesinə, kursantların hazırlığına həsr olunmuş  videoçarx nümayiş olunub və şagirdlərin sualları cavablandırılıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam